İsmayıllıda su kanalında batan gəncin meyiti tapıldı

28.06.2026 00:27 | 4

 

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

Pressxebertv Az xəbər verir ki, rayonun Qubaxəlilli kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında ba*tıb.
Hazırda axtarışlar davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.
Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun ba*tdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Daha çox xəbər