❗️⚡️⚡️Lənkəranda avtomobil təmiri sexində p*ar*tlayış olub.
❗️⚡️⚡️Lənkəranda avtomobil təmiri sexində p*ar*tlayış olub.
Pressxebertv Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Füzuli küçəsində avtomobil təmiri sexində işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının benzinlə ehtiyatsız davranması nəticəsində p*ar*tlayış baş verib.
İ.Qasımlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı