✈️Bakı Aeroportunda 3-cü terminal tikiləcək Bakı Aeroportu: “Yaxın illər üçün əsas məqsəd Heydər Əliyev Beynəlxalq Aeroportunun mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır.
✈️Bakı Aeroportunda 3-cü terminal tikiləcək
Bakı Aeroportu:
“Yaxın illər üçün əsas məqsəd Heydər Əliyev Beynəlxalq Aeroportunun mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır.
Sərnişin axınının daha düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur. Eyni zamanda müəyyən infrastruktur genişləndirmələri və funksional dəyişikliklər hesabına mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır.
Yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması planlaşdırılır”.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətləri təqdim edir.
