Yeni təyin olunan icra başçısı 200 min rüşvət aldığı üçün içdən çixarıldı

29.12.2025 19:24 | 8

 

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

Pressxebertv Az-ın əldə etdiyi məlumata görə, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.

Onun şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

Qeyd edək ki, bir neçə gün əvvəl onun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.

(PƏS NİYƏ HƏBS OLUNMUR?)

Daha çox xəbər